Nazirdən cinayətlərlə bağlı açıqlama

nazirden-cinayetlerle-bagli-aciqlama-
Oxunma sayı: 624

Trend-in məlumatına görə, bunu ədliyyə naziri Fikrət Məmmədov bu gün rəsmi "Azərbaycan" qəzetində dərc olunmuş yazısında bildirib.

Nazir qeyd edib ki, bu il ərzində inzibati nəzarət qaydasında baxılmış bələdiyyə aktlarının sayı 20 faiz artaraq 40 min təşkil edib, onların 1300-ü nazirliyin təklifləri əsasında dəyişdirilib və ya ləğv edilib.

Bələdiyyə aktlarını vaxtında təqdim etməyən 409 bələdiyyə sədri barəsində məhkəmələrə inzibati xəta haqqında protokollar təqdim olunub. Bələdiyyələrin qanunsuz ayırdığı 3200 hektardan çox torpaq sahəsi isə geri qaytarılıb.

Həmçinin 3500-dən artıq bələdiyyə üzvü və qulluqçusu maarifçilik tədbirlərinə, o cümlədən Ədliyyə Akademiyasında təşkil edilmiş kurslara cəlb olunub, onlar üçün 9 metodik vəsait hazırlanıb.