Nazirdən gəlinlərə qeyri-adi hədiyyə - Foto

Nazirdən gəlinlərə qeyri-adi hədiyyə
Oxunma sayı: 41

Hindistanın Madhya Pradesh əyalətində kütləvi toya qatılan nazirin təxminən 700 gəlinə taxta dəyənək paylanması ölkədə mübahisəyə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Nazir Gopal Bhargava, dəyənəkləri gəlinlərə paylayarkən “Bunları içkiyə meyl göstərən və ya sizə qarşı zorakılıq edən ərinizə qarşı istifadə edin” söyləyib.

Təxminən 40 santimetr uzunluğundakı dəyənəklərin üzərində “Sərxoşları döymək üçün istifadə edilir” və “Polis müdaxilə etməyəcək” mesajları yazılıb.

Nazirin növbəti toylarda paylamaq üçün 10 min dəyənək sifariş verdiyi bildirilir.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi