Nazirdən sahibkarlara mesaj

nazirden-sahibkarlara-mesaj
Oxunma sayı: 1670

 “Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti imkan verir ki, sahibkarlar biznesin istənilən sahəsi və növü ilə məşğul ola bilərlər. Bunun üçün ölkəmizdə hər cür şərait vardır”.

"Qafqazinfo" xəbər verir ki, bu sözləri  “Vergilər. Şəffaflıq. İnkişaf” forumunda İqtisadiyyat naziri Şahin Mustafayev deyib.

O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, 2021-ci ilədək sahibkarlıq sahəsində yoxlamalar dayandırılıb, lisenziyalaşdırılan sahibkarlıq sahələrinin sayı azaldılıb, prosedurlar sadələşdirilib. Bundan başqa, vergi, gömrük və sosial sistemlərdə islahatlar başlayıb”.