Nazirdən sonra qardaşı da istefa verdi

Nazirdən sonra qardaşı da istefa verdi
Oxunma sayı: 2003

Böyük Britaniyanın nəqliyyat nazirinin müavini Cozef Conson istefa verib.

“Qafqazinfo”nun “TASS”a istinadən məlumatına görə, Consonun istefasına səbəb baş nazir Tereza Meyin ölkənin Avropa İttifaqından çıxmasına dair sazişi (“Brexit”) müdafiə edən siyasət aparmasıdır.

Cozef Conson qardaşı, keçmiş xarici işlər naziri Boris Consondan fərqli olaraq ölkəsinin Aİ-nin tərkibində qalmasının tərəfdarıdır. Nazir müavini “Brexit”lə bağlı təkrar referendumun keçirilməsinin vacibliyini qeyd edir.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi