Nazirdən tələbələrə dəstək - Fotolar

nazirden-telebelere-destek-fotolar
Oxunma sayı: 646

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən xəbərə görə, tədbirin açılışında iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi (ƏƏSM) naziri Fizuli Ələkbərov və Azərbaycan Texniki Universitetinin rəhbərliyi tədbirin təşkilati vəziyyəti, təqdim olunan boş iş yerləri ilə tanış olub, işə götürənlərin nümayəndələri, habelə tələbə və məzunlarla həmsöhbət olaraq, onların belə tədbirlərlə bağlı fikir və rəylərini öyrəniblər.

Aktiv məşğulluq tədbirində Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda fəaliyyət göstərən, 29-u dövlət, 93-ü isə qeyri-dövlət sektoruna aid ümumilikdə 122 işə götürən müəssisə və təşkilat iştirak edib.

Tədbirin əsas məqsədi məzun və tələbələrə aldıqları ixtisaslar üzrə əmək bazarında olan tələbat haqqında məlumat vermək olub.

Tədbirdə iri şirkətlərdən “Azərcell Telekom” MMC , “Bakcell LTD” MMC, “European Tobacco–Baku” ASC, “Azərsun Holding” MMC, “Veysəloğlu Yayıcılı Qardaşlar” MMC, Dövlət Neft Şirkətinin İnsan Resursları Departamenti, “Ata Holding” ASC, Nurgün Qrup MMC, İmprotex Motors MMC, “Bakı Universal Maşınqayırma” ASC, “Azərsu” SC və digər iri müəssisələr iştirak ediblər.

Gülnar