Nazirdən xəbərdarlıq

nazirden-xeberdarliq
Oxunma sayı: 634

”Səhiyyənin inkişafı daha çox tibb işçilərindən, həkimlərdən asılıdır. Ona görə də kadr islahatları məsələsi xüsusi əhəmiyyət daşıyır”. Nazirin sözlərinə görə, bütün səhiyyə müssisələrinin rəhbərlərinə tapşırılıb ki, hər bir vakant yer haqqında məlumat Səhiyyə Nazirliyinin saytında yerləşdirilməlidir.

”Artıq mütəxəssislər sənədlərini virtual şəkildə, heç yerə getmədən təqdim edə və test imtahanı əsasında işə qəbul oluna biləcəklər. Bununla da bir sıra neqativ hallar aradan qaldırılacaq”-deyə O.Şirəliyev bildirib.

Nazirin sözlərinə görə, müxtəlif analizlər, tədqiaatlar üçün dövlət xəsətəxanalarından xəstələrin özəl tibb müəssisələrinə göndərilməsinin də qarşısı alınacaq. O.Şirəliyev bununla bağlı vaş həkimlərə xəbərdarlıq edib:

“Dəfələrlə xəstəlik tarixini açanda görürük ki, xəstənin analizləri nədənsə özəl müəssisələrdə həyata keçirilib. Kompüter-tomoqraf cihazı olan dövlət xəstəxanasından pasiyent belə müayinə üçün özəl müəssisəyə göndərilir və ona deyilir ki, biz həmin özəl tibb müəssisəsinin müayinəsinə inanarıq. Tədqiqat üçün xəstə dövlət xəstəxanasından özəl tibb müəssisəsinə göndərilməməlidir”.