Nazirdən yeni təyinatlar

nazirden-yeni-teyinatlar
Oxunma sayı: 6862



Nazirlikdən əldə etdiyimiz məlumata görə, Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri vəzifəsinə Qalib Abduləliyev gətirilib.
İqtisadiyyat və maliyyə şöbəsinin müdiri postu isə Mikayıl Nuriyevə həvalə olunub.

Qeyd edək ki, bu yaxınlarda Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcov, İqtisadiyyat və maliyyə şöbəsinin müdiri Rafiq Məcidov, Bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdiri Sabir Vəliyev yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.