Nazirimiz İspaniyada görüşləri davam etdirir

nazirimiz-ispaniyada-gorusleri-davam-etdirir
Oxunma sayı: 657

Tədbiri giriş sözü ilə açan J.Banegas Azərbaycanın sürətlə inkişaf etdiyini, İspan şirkətlərinin bu yeni bazara çıxmasının vacibliyini, İSKT-nın bu sahədə lazımı köməkliyin göstərilməsinə hazır olduğunu bildirib. O, Məmmədyarovun səfərinin iki ölkə arasında əməkdaşlığın inkişafı üçün yeni sahələrin tapılmasına öz töhfəsini verəcəyini əminliklə qeyd edib.
Məmmədyarov öz növbəsində iqtisadi və siyasi sahədə iki ölkə arasında əməkdaşlığın aşağı səviyyədə olduğunu vurğulayaraq bu vəziyyətin tamamilə dəyişməsinin vacibliyini vurğulayıb. Azərbaycan bazarında artıq fəaliyyət göstərən və buraya gəlmək istəyən bir neçə İspan şirkətləri barədə məlumat verən nazir Azərbaycanın neft-qaz sahəsinin vəziyyəti, ixrac prosesi və istiqamətləri, xarici şirkətlər üçün böyük imkanların mövcud olduğunu söyləyib. Ölkələr arasında imzalanması üçün ən vacib sazişlərdən olan ikiqat vergi tutmanın aradan qaldırılması və sərmayələrin qarşılıqlı qorunması sazişlərinin artıq hazır olduqlarını bildirən nazir, onların imzalanması vacibliyini, həmin sazişlərin adətən Məmmədyarovun səfəri zamanı deyil, ölkəmizin digər aidiyyəti qurumları tərəfindən imzalandığını və bunun üçün İspaniyanın əlaqədar qurumlarının Bakıya səfərlərinin təşkil olunmasının vacibliyini xüsusi vurğulayıb. O, həmçinin İspan şirkətlərini Azərbaycanla birbaşa əlaqələrin qurulmasına, eləcə də Azərbaycan-İspaniya Biznes Forumunun keçirilməsi razılaşması barədə tədbir iştirakçılarına məlumat verib və onları həmin foruma qatılmağa dəvət edib.
İSKT-nın prezidenti öz növbəsində sözügedən Biznes Forumun keçirilməsini dəstəkləyib və Azərbaycana gəlmək dəvətini qəbul edib. O, səfərin təşkilatı məsələlərinin İSKT tərəfindən həyata keçiriləcəyini bildirib və səfərin tarixlərinin yaxın zamanda bildiriləcəyini vəd edib.
Nərgiz Ehlamqızı