Nazirimiz Misir səfirilə hansı məsələləri müzakirə etdi?

nazirimiz-misir-sefirile-hansi-meseleleri-muzakire-etdi
Oxunma sayı: 696

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, görüşdə Azərbaycan və Misir arasında informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq, "İsgəndəriyyə" kitabxanasının direktoru İsmayıl Seragəldinin ölkəmizə səfəri, BakuTel sərgisi çərçivəsində "Kulturama" layihəsinin təqdim edilməsi, həmçinin 2005-ci ildə Misir Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında Tunisdə imzalanmış Anlaşma Memorandumundan irəli gələn məsələlər müzakirə olunub.
Misir səfiri ölkəsində prezident seçkilərindən sonra yeni kabinetin formalaşdırılmasını bildirib və bu sahəyə cavabdeh yeni nazirin təyin edilməsi barədə Əli Abbasova məlumat verib.
Öz növbəsində nazir Əli Abbasov cari ilin noyabrın 6-10-da Bakıda keçiriləcək İnternet İdarəçilik Forumunun nazirlər toplantısına yeni təyin edilmiş misirli nazirin dəvət ediləcəyini qeyd edib.
Nazir ümidvar olduğunu bildirib ki, Misirin İKT potensialının gücləndirilməsi və Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı İKT layihələrinin genişləndirilməsi istiqamətində birgə səylər göstəriləcək.

Nigar Məmmədli