Nazirimiz Türkiyədə

nazirimiz-turkiyede
Oxunma sayı: 665

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, səfər çərçivəsində 2015-ci ildə şahmat üzrə Dünya Kuboku yarışının və 2016-cı ildə 42-ci Ümumdünya Şahmat Olimpiadasının Bakıda keçirilməsi müzakirə olunacaq. Toplantı 7-9 sentyabr tarixində İstanbul şəhərində keçiriləcək. Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti K. İlyumjinovun Azərbaycana səfəri zamanı bu yarışların Azərbaycanda keçirilməsi ilə bağlı ilkin razılığa gəlinmişdir. Tədbirdə Beynəlxalq Şahmat Federasiyasının Baş Assambleyasında həmin yarışların ölkəmizdə keçirilməsi ilə bağlı təqdimatın edilməsi və çıxış nəzərdə tutulub.

Qeyd edək ki, səfər sentyabrın 9-na qədər davam edəcək.