Nazirin Fransa səfəri davam edir

nazirin-fransa-seferi-davam-edir
Oxunma sayı: 655



“Qafqazinfo”nun veridiyi xəbərə görə, fevralın 26-da İ. Abasov Fransanın süd istehsalı və emalı sahəsində ixtisaslaşan “Lactalis” şirkətinin icraçı direktoru cənab Mişel Nalet ilə görüş keçirib. Görüş zamanı Azərbaycanda süd istehsalının artırılmasına və süd emalının təşkili sahəsində birgə əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

Daha sonra İ. Abasov Beynəlxalq Heyvan Sağlamlığı Təşkilatının baş direktoru Bernard Vallat ilə görüşüb. Görüşdə Azərbaycanın baytarlıq haqqında qanununun və bu mövcud olan müvafiq hüquqi-normativ aktların bu təşkilatın tələblərinə uyğunlaşdırılması məsələləri müzakirə olunub. Eyni zamanda, Azərbaycanda idman atlarının beynəlxalq yarışlarda iştirak etməsi üçün tələb olunan normalara yenidən baxılması və bu sahədə birgə əməkdaşlıq imkanları müzakirə edilib.

Həmin gün İ. Abasov Avropa və Aralıq Dənizi Bitki Mühafizəsi Təşkilatının (EPPO) baş katibi cənab Rinqolds Arnitis ilə görüş keçirib.

Daha sonra nazir Beynəlxalq Üzüm və Şərab Təşkilatının (BÜŞT) baş direktoru Federiko Kastelluççi ilə görüş keçirərək Azərbaycanın bu təşkilata hazırda üzvolma prosesinə dair fikir mübadiləsi aparıb.

Görüşlərdə Azərbaycan Respublikasının Fransadakı səfiri Elçin Əmirbəyov da iştirak edib.

Səfər davam edir.