Nazirin istefasının maraqlı səbəbi

nazirin-istefasinin-maraqli-sebebi-
Oxunma sayı: 2873


2007-ci ilədn 2012-ci ilə qədər İngiltərədə işləmək hüququ olan xadimənin müddət bitəndən sonra özünə saxta sənədlər düzəldibmiş. Bu da miqrasiya nazirinə fevralın 6-da bəlli olub. Harper vəiyyətlə bağlı dərhal Daxili İşlər Nazirliyinə məlumat verib və paralel olaraq baş nazir David Kamerona istefa ərizəsi göndərib.

“Heç bir məqamda qanunları pozmasam da, miqrasiya qaydalarını sərtləşdirmək üçün çalışan nazir olaraq, belə mövzularda özümü sadə vətəndaşlardan daha yüksək meyarlarla mühakimə edirəm.
Mən siyasətin komanda oyunu olduğuna inanıram. Buna görə də sizə, iqtidar partiyasına və ölkəyə zərər vurmamaq üçün vəzifəmdən istefa vermək qərarına gəldim. Səbəb olduğum utança görə üzr dilyirəm”, - deyə Harper açıq istefa məktubunda yazıb. 

Baş nazir də öz növbəsində Harperin istefasını qəbul etdiyini açıqlayıb: “Harperin bilə-bilə qanunsuz miqrant işlətdiyini göstərən heç bir dəlil yoxdur, ancaq vəziyyətin həssaslığına görə nazirin istefasını üzülərək qəbul etmək məcburiyyətindəyəm”. 

azadliq.info