Nazirin növbəti görüşünün vaxtı və yeri bəlli oldu

Nazirin növbəti görüşünün vaxtı və yeri bəlli oldu
Oxunma sayı: 608

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu üzrə növbəti görüşünü noyabrın 14-də saat 12.30-da Yevlax şəhərində keçirəcək.

"Qafqazinfo" xəbər verir ki, nazir Yevlax, Tərtər, Ağdam və Bərdə rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı)  və poçt xidmətləri üzrə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur)  əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:

Yevlax rayonunda                     02233 64646

Tərtər rayonunda                      02223 61554

Ağdam rayonunda                    02632 50622

Bərdə rayonunda                      02020 51515

nömrəli telefonlara zəng etmələri xahiş olunur.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi