Nazirin qardaşından aldığı pulu geri qaytardı

nazirin-qardasindan-aldigi-pulu-geri-qaytardi
Oxunma sayı: 635

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Samir Nəbiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. 

“Qafqazinfo” xəbər verir ki, prosesdə zərərçəkmiş Əlikram Camalov mülki iddia qaldırdığını bildirib. Məhkəmə mülki iddianı təmin edib. 

O sərbəst ifadəsi zamanı bildirib ki, təqsirləndirilən S.Nəbiyevlə aralarında biznes fəaliyyəti olmayıb. Məhkəmə kollegiyasının suallarını cavablandıran təqsirləndirilən S.Nəbiyev söyləyib ki, Ə.Camalovdan aldığı puldan 4000 manat və 1500 dollar pul geri qaytarıb. 

Proses avqustun 16-na təyin edilib.