Nazirlə deputat sözləşdi

Nazirlə deputat sözləşdi
Oxunma sayı: 9508

Maliyyə naziri Samir Şərifov Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzovun 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı səsləndirdiyi fikirlərə münasibət bildirib.

"Qafqazinfo" Modern.az-a istinadən xəbər verir ki, S.Şərifov deyib ki, o, Azərbaycanın dövlət büdcəsinin sosializmdən fərqlənmədiyi barədə səsləndirilən iradla razılaşmır.

S.Şərifov S.Novruzovun “Azərbaycanın milli və dini adət-ənənələrinin nəzərə alaraq, müzakirələrə dəvət olunan şəxslərə hörmətlə yanaşaq və çox da dərinə getməyək” fikirlərinə də münasibət bildirib. 

Nazir deyib ki, neçə illərdir Milli Məclisə gəlir və heç zaman da burada özünü qonaq kimi hiss etmir. 

“Milli Məclisdə mənim də təmsil olunduğum iqtidarın-hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvləri təmsil olunur. YAP üzləri Milli Məclisdə kifayət qədər çoxluq təşkil edir və dövlətin siyasətini, dövlət tərəfindən verilən təklifləri dəstəkləyirlər”. 

Qeyd edək ki, S.Novruzov çıxışında deyib ki, Azərbaycanın dövlət büdcəsi sosializmdən fərqlənməlidir, yeni dəyərlər əsasında qurulmalıdır. O, gələn ilin büdcəsində deputatlar üçün maaş artımının nəzərdə tutulmamağına da etiraz edib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi