Nazirlə səfir eyni tədbirdə

Nazirlə səfir eyni tədbirdə
Oxunma sayı: 5

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan ilə Amerika Birləşmiş Ştatları (ABŞ) arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə həsr edilən tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbir çərçivəsində qonaqlar əvvəlcə Azərbaycan-ABŞ əlaqələrini əks etdirən sərgi ilə tanış olublar.
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ölkələrimizin diplomatik əlaqələrinin qurulmasının tarixindən danışıb. O, ABŞ-ın  Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri kimi ötən 25 il ərzində ölkəmizin yanında olduğunu bildirib.

Vurğulanıb ki, keçən müddət ərzində altı min azərbaycanlı müxtəlif proqramlar çərçivəsində ABŞ-da təhsil alıb. Amerikalı müəllimlər Azərbaycanda müxtəlif təhsil müəssisələrində fəaliyyət göstəriblər. ABŞ-ın sülh korpusunun 600 könüllüsü Azərbaycanda ingilis dilinin tədrisində iştirak edib. 

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə Azərbaycan hökuməti adından təbriklərini çatdırıb.

Bildirib ki, ötən müddət ərzində Azərbaycanla ABŞ etibarlı tərəfdaşlar kimi bir çox sahələrdə sıx əməkdaşlıq ediblər.

 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi