Nazirlər Batumidə görüşəcəklər

nazirler-batumide-gorusecekler
Oxunma sayı: 640

D. Calaqaniya xatırladıb ki, üçtərəfli görüşlərin əsası 2012-ci il iyunun 8-də üç ölkənin xarici siyasət idarələri rəhbərlərinin Trabzon görüşündə imzalanmış Bəyannamə ilə qoyulub. Bəyannamə iqtisadiyyat, infrastruktur, nəqliyyat, mədəniyyət və humanitar sahə kimi vacib əməkdaşlıq istiqamətlərini müəyyən edir.

Batumi görüşündə 2013-2015-ci illər üzrə idarələrarası əməkdaşlıq planı qəbul olunacaq. İqtisadiyyat, energetika, təhsil, mədəniyyət, ətraf mühitin mühafizəsi, gənclər və idman sahələrini əhatə edən planda konkret təşəbbüslər və layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Görüşün sonunda yekun Protokol imzalanacaq.

Növbəti görüşün 2013-cü ilin ikinci yarısında Azərbaycanda keçirilməsi planlaşdırılır.