Nazirlər “Brexit”ə razılıq verdilər

nazirler-brexite-raziliq-verdiler
Oxunma sayı: 1144

Böyük Britaniyanın Nazirlər Kabineti ölkənin Avropa Birliyindən çıxmasını nəzərdə tutan “Brexit” sazişini dəstəkləyib.

“Qafqazinfo”xarici mediaya istinadən xəbər verir ki, bu barədə baş nazir Tereza Mey mətbuata açıqlamasında bildirib:

“Bu qərar milli maraqlara cavab verir, ancaq qarşıda bizi çətin günlər gözləyir”.

5 saatlıq müzakirələrdən sonra kabinet hökumətin “Brexit” sazişi ilə bağlı layihəni təsdiq etməsinə qərar verib.

Qeyd edək ki, Böyük Britaniyanın AB-dən çıxması 2019-cu ilin 29 martına planlaşdırılır.