Nazirlər görüşdü- - Fotolar

nazirler-gorusdu-
Oxunma sayı: 903


“Qafqazinfo” xəbər verir ki, görüş əsnasında nazir E.Məmmədyarov Azərbaycanın iqtisadi inkişafı və uğurlu enerji strategiyası haqqında danışaraq, enerji resurslarının istismarı, emalı və hasilatı sahəsində Azərbaycanın zəngin təcrübəsi haqqında məlumat verib.

Nazir Elmar Məmmədyarov iki ölkə arasında enerji sahəsində əməkdaşlığın,  təcrübə mübadiləsi və mütəxəssislərin hazırlanmasının mümkünlüyünə toxunaraq, bu xüsusda əlaqələrin inkişafı üçün lazımi hüquqi bazanın yaradılmasının vacibliyini qeyd edib.   

Xanım Salvadora Namburete Azərbaycan neft və qaz sahəsində olan təcrübəsinin xüsusi maraq doğurduğunu qeyd edərək, Mozambikin bu təcrübədən bəhrələnmək niyyətində olduğunu diqqətə çatdırmışdır. Azərbaycanın təhsil müəssisələrində neft-qaz sahəsi üzrə Mozambik mütəxəssislərinin hazırlanması və ixtisasartırma kurslarının təşkil edilməsində maraqlı olduqlarını vurğulanıb.