Nazirlər Kabineti Bayıla görə toplanır

Nazirlər Kabineti Bayıla görə toplanır
Oxunma sayı: 1345

Bayıl yamacında baş verən sürüşmə ilə əlaqədar bu gün Nazirlər Kabinetində müşavirə keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, Baş nazirin müavini Abid Şərifovun sədrliyi ilə keçiriləcək müşavirədə sürüşmənin qarşısının alınması üçün təkliflər səsləndiriləcək və görüləcək tədbilər müəyyənləşdiriləcək:

"Prosesin baş vermə səbəbləri, onun əhatə dairəsi, təhlükəlilik dərəcəsi, sürüşmə müstəvisinə uyğun olaraq, qabaqlayıcı tədbirlərin görülməsi üçün təkliflər veriləcək. Ərazidə bərkitmə işləri aparılacaq".

Ə.Qaralov deyib ki, hazırda ərazidəki sürüşmənin dərinliyi öyrənilir, onun əhatə dairəsi konturlaşdırılır, prosesin baş vermə səbəbi araşdırılır: "Buna uyğun olaraq, müxtəlif tədbirlər həyata keçiriləcək".

Qeyd edək ki, son günlər ərzində Bayıl qəsəbəsində sürüşmə zonasındakı evlərdə çatların sayı artıb. Hazırda sürüşmə zonasında 90-a yaxın ev qəzalı vəziyyətdədir, 67 ailə artıq evlərindən köçürülüb.

Sürüşmə ilə bağlı Səbail Rayon İcra Hakimiyyətində (RİH) Xüsusı Qərargah yaradılıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi