Nazirlər Kabineti qaydalara dəyişiklik etdi

nazirler-kabineti-qaydalara-deyisiklik-etdi
Oxunma sayı: 1675

“Malların təkrar ixrac gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nda dəyişiklik edilib.

“Qafqazinfo” xəbər verir ki, baş nazirin müavini Yaqub Eyyubovun imzaladığı qərara görə, sözügedən qaydaların 3.3-cü bəndi aşağıdakı kimi dəyişdirilib: 

“Şəxs tərəfindən səlahiyyətli gömrük orqanına təkrar ixrac bildirişi verilir. Rəsmiləşdirməni həyata keçirən gömrük orqanında təqdim olunmuş sənədlərdə göstərilən məlumatların düzgünlüyü yoxlanılır, malların eyniləşdirilməsi aparılır və onların ixrac rəsmiləşdirilməsi həyata keçirilərək, sərhəd gömrük orqanına məlumat ötürülür”.