Nazirlər Kabineti Roman Nəsirovu işdən çıxardı

nazirler-kabineti-roman-nesirovu-isden-cixardi
Oxunma sayı: 3162

Ukrayna Nazirlər Kabineti Dövlət Fiskal Xidmətinin rəhbəri Roman Nəsirovu vəzifəsindən azad edib.

“Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, qərar hökumətin bugünkü iclasında qəbul edilib. 

Qeyd edək ki, Ukrayna antikorrupsiya bürosu Nəsirovu vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və dövlətə 2 milyard qriven (73 milyon dollar) ziyan vurmaqda şübhəli bilir.  Ötən ilin martın 3-də Nazirlər Kabineti Nəsirovun vəzifəsinin icrasından uzaqlaşdırılması barədə tapşırıq verib. Dekabrın 7-dən isə məhkəmə onun işinə baxmağa başlayıb.