Nazirlər Kabineti taxılla bağlı qərar verdi

nazirler-kabineti-taxilla-bagli-qerar-verdi
Oxunma sayı: 665

Qafqazinfo” xəbər verir ki, “Taxıl haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli Fərmanının icrasının təmin edilməsi haqqında Prezidentin 2008-ci il 22 aprel tarixli Fərmanının 1.1-ci bəndinə və Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 2.1-ci bəndinə uyğun olaraq “Dövlət Taxıl Fonduna tədarük edilən taxılın həcminin müəyyən edilməsi haqqında” qərar qəbul edilib. İmzalanan qərara əsasən, Dövlət Taxıl Fonduna taxılın tədarükü 500 (beş yüz) min ton həcmində müəyyən olunub.

Bundan başqa, “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının 2012-ci il 12 iyun tarixli Konstitusiya Qanununun tətbiqi barədə” Prezidentin 2012-ci il 19 iyun tarixli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli qərarında dəyişikliklər edilməsi haqqında” qərar qəbul edilib.