Nazirlər Kabineti Tvitterdə

nazirler-kabineti-tvitterde
Oxunma sayı: 2662

Uzun illərdir müasir dövr informasiya resurslarından istifadə etməyən Nazirlər Kabineti Twitterdə rəsmi səhifəsini (@AzerbaijanNK) yaradıb.

“Qafqazinfo” xəbər verir ki, Novruz Məmmədov Baş nazir seçildikdən sonra Nazirlər Kabinetində də informasiya resurslarından aktiv istifadə edilməsi də gücləndirilib.

N.Məmmədovun özünün 2011-ci ilin aprel ayından etibarən Tvitterdə səhifəsi mövcuddur.

Məlumat üçün bildirək ki, Azərbaycanda dövlət qurumlarının bir çoxunun Twitter səhifəsi mövcuddur. Ölkəmizdə ilk Tvitter səhifəsi yaradan dövlət orqanı 2011-ci ilin aprel ayında Prezident Administrasiyası olub.

Hazırda Xarici İşlər, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi, Mədəniyyət, Rabitə və Yüksək Texnologiyalar, Vergilər, Müdafiə, Gənclər və İdman, Səhiyyə, Maliyyə, Energetika, İqtisadiyyat nazirliklərinin, Diasporla iş üzrə, Dini qurumlarla iş üzrə, Ailə, Qadın və Uşaq Problemləri üzrə, Gömrük, Əmlak Məsələləri Dövlət Komitələrinin, Dövlət Miqrasiya Xidmətinin, Dövlət Neft Şirkətinin, Neft Fondunun, ASAN xidmətin Tvitter səhifəsi fəaliyyət göstərir. Bunlardan bəziləri passiv fəaliyyət göstərir, bir neçəsi isə uzun müddətdir ki heç bir paylaşım etmirlər.

Bir sıra dövlət qurumlarının isə ümumiyyətlə Tvitter hesabları mövcud deyil.