Nazirlik 122 işsizi peşə hazırlığı kurslarına cəlb edib

nazirlik-122-issizi-pese-hazirligi-kurslarina-celb-edib
Oxunma sayı: 657


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya daxil olan məlumata görə, onlar Bakı və Göyçay Reqional Peşə Tədrisi Mərkəzlərində inkişaf etmiş ölkələrin peşə tədrisi standartlarına uyğun şəkildə yeni peşələrə yiyələniblər.  

Müdavimlərin 16 nəfəri əməlyyatçı mühasib, 36 nəfəri elektrik qaynaqçısı,  24 nəfəri dərzi, 12 nəfəri ikinci dairə üzrə elektrik quraşdırıcısı,  22 nəfəri frezerçi, 12 nəfəri modul təlimi ilə tornaçı peşələrinə sahiblənib. Qeyd edək ki,  Azərbaycan hökuməti ilə BMT-nin İnkişaf Proqramı arasında imzalanmış «Sosial Müdafiənin İnkişafı» Layihəsi çərçivəsində əmək bazarında rəqabət qabiliyyətli 15 peşə üzrə modul tədris proqramları hazırlanıb.  Həmin proqramlar çərçivəsində hazırlanmış peşə kurslarına son üç ildə 1076 nəfər cəlb edilib.