Nazirlik 15 günə 13 826 manat cərimələyib

nazirlik-15-gune-13-826-manat-cerimeleyib-
Oxunma sayı: 638

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 100 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 29 müddətli məcburi göstəriş verilib.
Ümumilikdə, 17 iş üzrə 28900 manat məbləğində cərimə tətbiq edilib, ətraf
mühitə dəymiş ziyana görə 28 iş üzrə 5511,78 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 116 iş üzrə 13826,96 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 5, icra qruplarına 18, məhkəmələrə isə 1 iş göndərilib.

Nigar