Nazirlik 23 nömrəli məktəbdə robot texnika laboratoriyası yaratdı

nazirlik-23-nomreli-mektebde-robot-texnika-laboratoriyasi-yaratdi
Oxunma sayı: 2004

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi və təşkilatçılığı ilə 23 nömrəli orta məktəbdə “Robopark” robotexnika laboratoriyası yaradılıb.

"Qafqazinfo"ya daxil olan məlumata görə, laboratoriyanın yaradılması Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə birgə həyata keçirilən layihə çərçivəsində reallaşdırılıb.

Məqsəd məktəblilərin müasir elmi-texniki biliklərinin, yüksək texnologiyalar sahəsinə marağın artırılması, robot texnika üzrə prototiplərin hazırlanması və eyni zamanda sınaqların keçirilməsinə imkan yaratmaqdır.

Sözügedən laboratoriyada 7-9-cu sinif şagirdləri üçün informatika, proqramlaşdırma və robot texnikası üzrə dərnək şəkilində məşğələlər təşkil olunacaq.

Burada robotların yaradılması, onların idarə olunması üçün proqramlaşdırma sirləri öyrədiləcək.

Laboratoriya elektronika mühəndisliyində ən populyar platforma hesab olunan “Arduino” əsasında qurulub. Dünyada geniş istifadə olunan bu platforma vasitəsi ilə erkən yaşlardan uşaqların sahə üzrə bilikləri artırılır və gələcək mühəndislik fəaliyyəti üçün bünövrə yaradır.

Bu gün keçirilən açılış mərasimində məktəblilər tərəfindən hazırlanan layihələrin ilkin nümunələri nümayiş etdirilib.

Məlumat üçün bildirək ki, laboratoriyada təlimlərin keçirilməsi “Sumaks Technologies” şirkəti tərəfindən təşkil olunacaq.