Nazirlik 3 minlik müsabiqə elan etdi

nazirlik-3-minlik-musabiqe-elan-etdi
Oxunma sayı: 1384


- loqo dizaynı özündə nazirliyin fəaliyyətin, strategiya və missiyasına dair elementləri ehtiva etməlidir.

- orijginal, rəngli və konseptual görünüşlü olmalıdır.

- müsabiqəyə yalnız indiyə qədər istifadə edilməyən və mövcud loqotiplərin elementlərini təkrarlamayan loqotiplər təqdim edilməlidir.

Qalib gəlmiş loqo istənilən tərzdə blanklarda, vizit kartlarında və digər məhsullarda istifadə etmək üçün müstəsna hüquqa malikdir.

Təqdim olunan loqotiplər aşağıdakılardan ibarət olmalıdır:

- loqotipin rastr qrafik versiyası (*jpeg, *png (ölçüsü 500 kb az olmamaq şərti ilə)

- loqotipin  vektor versiyası (*eps, *ai, *cdr (12-ci versiya))

Təklif olunacaq eskiz və layihələr aprelin 25-dən "[email protected]" e-mail ünvanına və ya Zərifə Əliyeva 33, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mətbuat Xidmətinə göndərilməlidir. 

Hər bir iştirakçı bir neçə layihə təqdim edə bilər. Faylın ölçüsü 5 MB-dan artıq olmamalıdır. Layihəni təqdim edən şəxs adını, soyadını, əlaqə nömrəsini, işlədiyi və ya oxuduğu müəssisəni qeyd etməlidir.

Təkliflərinin göndərilməsi üçün son müddət mayın 15-dir.

Müsabiqədə istənilən şəxs və ya şirkət iştirak edə bilər. 

Təqdim olunan təkliflərə komissiya tərəfindən 20 may 2014-cü il tarixinə qədər  baxılaraq müsabiqənin qalibi elan olunacaq.

 Müsabiqənin qalibinə 3 000 (üç min) manat məbləğində mükafat təqdim ediləcək.