Nazirlik 34 işçisinin fəaliyyətinə xitam verdi

Nazirlik 34 işçisinin fəaliyyətinə xitam verdi
Oxunma sayı: 1855

2018-ci il və 2019-cu ilin 1-ci rübü ərzində yerli vergi strukturlarında aparılmış kompleks audit tədbirləri zamanı aşkar edilmiş müxtəlif faktlar üzrə 34 nəfərin vergi orqanlarında fəaliyyətinə xitam verilib, 11 əməkdaş vəzifədən kənarlaşdırılıb.

“Qafqazinfo” xəbər verir ki, araşdırmalar zamanı bir sıra vergi əməkdaşları tərəfindən ödəniş məbləğlərinin ayrı-ayrı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrinə qeyd etməklə sonunculardan nağd şəkildə alıb mənimsəməsi müəyyən edilib. Vergilər Nazirliyi mənimsəməyə yol vermiş əməkdaşların vergi xidmətində fəaliyyətinə xitam verib, eyni zamanda aşkar olunmuş faktları toplayaraq, hüquqi qiymət verilməsi üçün Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinə göndərilib. Qeyd olunmalıdır ki, bu, vergi orqanlarının hüquq-mühafizə orqanlarına təqdim etdiyi ilk hal deyil. Təkcə 2018-ci il və 2019-cu ilin 1-ci rübündə korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində 24 nəfər barədə 14 material hüquq-mühafizə orqanlarına təqdim edilib.

Vergilər Nazirliyinin Daxili təhlükəsizlik departamentinin baş direktoru Cavanşir Nuriyev bildirib ki, bəzi hallarda vergi əməkdaşlarının himayəçilik etməsi, yaxud vergidən yayınmaq üçün ayrı-ayrı şəxslərə kömək etməsi, bəzən maraq toqquşmasına yol verilməsi və vergi qanunvericiliyinin tələblərinin düzgün tətbiq olunmaması nəticəsində yaranmış risklərlə bağlı hallar qeydə alınıb. Onun sözlərinə görə, qurum bundan sonra da elan etdiyi şəffaflıq prinsiplərinə sadiq qalacaq, daxili strukturlarının və vergi xidməti əməkdaşlarının fəaliyyətini nəzarətdə saxlamaqla korrupsiya və mənimsəmə hallarına qarşı ən sərt tədbirlər görəcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi