İcra Hakimiyyəti ağac kəsənləri polisə şikayət etdi

icra-hakimiyyeti-agac-kesenleri-polise-sikayet-etdi
Oxunma sayı: 1514

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti tərəfindən 21 fevral 2018-ci il tarixində saat 08:00 radələrində rayonun Qara Qarayev prospekti 59 ünvanında gecə saatlarında ağac kəsilməsi faktı müəyyən edilib və bu barədə Ekologiya və Təbii Sərvətlər  Nazirliyinə,  Nizami Rayon Polis İdarəsinə və Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə məlumat verilib.

“Qafqazinfo”ya daxil olan məlumata görə,  İcra Hakimiyyətinin əməkdaşları Ekologiya və Təbii Sərvətlər  Nazirliyi,  Nizami Rayon Polis İdarəsi və Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin nümayəndələri ilə birgə yuxarıda qeyd olunan ünvanda reyd keçiriblər. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bu barədə akt tərtib edilib və toplanmış materiallar tədbir görülməsi üçün Rayon Polis İdarəsinə göndərilib.

Eyni zamanda, Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən həmin ərazidə 20 ədəd yeni ağacın əkilməsi təmin olunub.