Nazirlik Azadlıq Meydanındakı qəza ilə bağlı məlumat yaydı

nazirlik-azadliq-meydanindaki-qeza-ile-bagli-melumat-yaydi
Oxunma sayı: 1277


“Qafqazinfo” DİN-in saytına istinadən xəbər verir ki, iyunun 9-da saat 23.00 radələrində Neftçilər prospektində Bakı şəhər sakini Əbil Zeynalov idarə etdiyi "Mercedes" markalı avtomaşınla yolu keçən həmyerlisi Tahirə İsmayılovanı vurub. Nəticədə T.İsmayılova hadisə yerində ölüb. 

 Səbail RPİ tərəfindən araşdırma aparılır.