Nazirlik “Azərsu”da texniki baxış keçirdi - Fotolar

nazirlik-azersuda-texniki-baxis-kecirdi
Oxunma sayı: 763

Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin Bakı şəhər şöbəsi Müfəttişliyin “Səyyar Xidmət” Qrupu ilə birlikdə “Azərsu” ASC-nin balansında olan traktor və digər mexaniki nəqliyyat vasitələrinə dövlət texniki baxışı keçirib.

“Qafqazinfo” xəbər verir ki, nəqliyyat vasitələrinin texniki baxışı zamanı tüstüyə operativ nəzarət portativ cihazı, mexaniki nəqliyyat vasitələrinin sükan idarəetməsinin boşluğunun ölçü cihazı, yolda sınama metodu ilə tormoz sisteminin effektivliyinin ölçü cihazı kimi müasir cihazlardan istifadə edib.

Texniki baxışa təqdim edilən nəqliyyat vasitələrinin texniki vəziyyətinin dövlət standartlarının və digər normativ-hüquqi aktların tələblərinə uyğunluğu yoxlanılmış və nəticədə həmin nəqliyyat vasitələrinə dövlət texniki baxışdan keçməsinə dair akt tərtib edilərək, dövlət texniki baxış talonu verilib. Bu barədə elektron daşıyıcılarda müvafiq qeydiyyat aparılıb.

Həmçinin nəqliyyat vasitələrinin mülkiyyətçilərinə müəyyən edilmiş müddətdə dövlət texniki baxışından keçmədiyi təqdirdə Azərbaycan Respublikasının “İnzibati Xətalar Məcəlləsi”nin 340.1-ci maddəsinə əsasən “fiziki şəxslərin əlli manat məbləğində, vəzifəli şəxslərin yüz manat məbləğində, hüquqi şəxslərin üç yüz manat məbləğində cərimə edilməsi” izah edlib.

Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin “Səyyar Xidmət” qurupu tərəfindən bu tədbirlər mütəmadi olaraq respublikanın digər rayonlarında da davam etdiriləcəkdir.