Nazirlik balıq ovlayanların “ovuna çıxdı”

nazirlik-baliq-ovlayanlarin-ovuna-cixdi
Oxunma sayı: 633

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, keçirilən reydlər zamanı Kür çayının Xəzər dənizinə tökülən hissəsində qanunsuz balıq ovu etmək məqsədilə qurulmuş 29 ədəd (hər birində 70 ədəd olmaqla cəmi 2030 ədəd) qadağan olunmuş ov aləti “şal qarmaq”, 10 ədəd ventel və 6 ədəd axçalı balıq torları aşkar edilərək götürülüb.

Hazırda təqsirkarların müəyyən edilib inzibati məsuliyyətə cəlb edilməsi istiqamətində qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülür.

Nigar Məmmədli