Nazirlik birləşmək təşəbbüsü ilə çıxış etdi

nazirlik-birlesmek-tesebbusu-ile-cixis-etdi
Oxunma sayı: 644

Konfransda hər iki federasiyanın birləşdirilməsi və vahid rəhbərlik altında fəaliyyət göstərməsi təklif edilib. Toplantı iştirakçıları bu təklifə tərəfdar olduqlarını bildiriblər.

Mövzu ilə əlaqədar “Qafqazinfo” Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyevdən münasibət öyrənib. Q. Mehdiyev deyib ki, əslində bunların hər ikisi eyni profilli federasiyalardır.: “Buna görə də eyni mərkəzdən idarə olunmasını istəyirik. İdmançılar var ki, iki federasiyanın arasında qalıblar. Biri-birilərinin təşkil etdiyi yarışlara qatıla bilmirlər, həmçinin beynəlxalq yarışlarda da problemlər üzə çıxır. Əvvəllər digər idman növləri – gimnastika ilə bağlı da belə problem var idi və üç federasiya fəaliyyət göstərirdi. Onlar birləşdirildilər və problem aradan qalxdı. Alpinizmlə bağlı federasiyaların birləşdirilməsi təşəbbüsü də Gənclər və İdman Nazirliyindən gəlib.

Burada əsas məqsəd bu idman növünün daha da inkişafıdır. Ola bilər ki, kimsə buna qarşı çıxar, amma idmanın inkişafını istəyən hər bir kəs bunu müsbət qarşılamalıdır. Hər iki federasiya birləşsə daha effektli nəticə əldə olunar. Məsələn, FAİREX-in daha geniş imkanları var. Şəhərdə bir neçə süni dırmanma mərkəzləri tikiblər, rayonlarda isə yaxşı infrastruktur yaradıblar. Düşünürük ki, məsələ öz həllini tapacaq”.

Adıçəkilən fedrasiaların birləşməsinə siyasi maraqların Mane olması ilə bağlı ehtimallara gəldikdə Q. Mehdiyev deyib: “Biz istəyirik ki, idman siyasətə qarışmasın. Nazirliyin təşəbbüsündə də məqsəd idmanın inkişafıdır. Bir daha deyirəm ki, FAİREX-in imkanları daha çoxdur. FAİREX-in fəaliyyətinə baxanda alqışlanmalı çox iş görüblər.

Biz burada heç kimin xətrinə dəymirik. Sadəcə onların birləşdirilib bir mərkəzdən idarə olunmasını istəyirik ki, FAİREX-in imkanlarından digər idmançılar da istifadə edə bilsinlər. Burada siyasi məqamlar axtarmağa ehtiyac yoxdur. Bu addım kiminsə istəyilə atılmır. Federasiyalar birləşdirilib bir mərkəzdən idarə olunmalıdır. Bunun da müsbət nəticələri yaxın zamanda görünəcək”.