Nazirlik dindarlara işgəncə verilmədiyini deyir

nazirlik-dindarlara-isgence-verilmediyini-deyir
Oxunma sayı: 635

“Media forum”a açıqlamasında Orxan Mansurzadə qeyd edib ki, işgəncə söhbəti həmin şəxslər və ya onların vəkillərinin ictimai diqqəti cəlb etmək üçün ortaya atdığı əsassız iddialardır: “Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Ombudsman Aparatı və digər qurumlar nəzarət edir. Belə çoxtərəfli nəzarət olduğu halda, ümumiyyətlə idarənin özünün mahiyyətinə görə orada işgəncə mümkün deyil. Ona görə də işgəncə iddialarının heç bir hüquqi əsası yoxdur”.

Qeyd edək ki, Gənc dindarlar Bəxtiyar Qurbanov və Röyal Əsgərov aprelin 2-də həbs olunub. Hər iki dindar aprelin 13-dək DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin təcridxanasında saxlanıb. Aprelin 22-də Bəxtiyar Qurbanovun vəkili Osman Kazımov onun əlinin və barmaqlarının üstündə yanıq izləri olduğunu deyib. Röyal Əsgərov da vəkili Yavər Hüseynə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncəyə məruz qaldığını bildirib.