Nazirlik elektron müraciətlərin qəbuluna başladı

Nazirlik elektron müraciətlərin qəbuluna başladı
Oxunma sayı: 336

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, müvafiq strukturların rəhbər şəxslərinin iştirakı ilə nazirlikdə əhaliyə göstəriləcək elektron xidmətlərdən biri olan “Əlilliyin müəyyən edilməsi, tibbi-sosial reabilitasiyanın həyata keçirilməsi, protez-ortopedik məmulatların və reabilitasiya vasitələrinin təminatı üçün müraciətin və sənədlərin qəbulu” e-xidmətinin ilkin versiyasının təqdimatı olub.

Tədbiri giriş sözü ilə açan Nazirliyin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Vüqar Həsənov adıgedən elektron xidmət növünün əhatə etdiyi xidmət sahələri, həmin xidmətlərlə təmin olunmaq üçün tələb olunan və skan edilmiş formada elektron qaydada göndərilməli olan sənədlər barədə məlumat verib.

Qeyd olunub ki, bu elektron xidmətin tətbiqi vətəndaşlarla tibbi-sosial ekspert komissiyalarının əməkdaşları arasında birbaşa ünsiyyətin minimuma endirilməsi və əlillik qruplarının təyinatı ilə bağlı qərar qəbul etmə prosesində subyektiv amillərin aradan qaldırılmasında mühüm rol oynayacaq. Bununla eyni zamanda əlillərin tibbi-sosial reabilitasiya xidmətlərindən yararlanmaq imkanları daha da genişləndiriləcək.

Elektron xidmətin tətbiqi üçün müvafiq strukturların maddi-texniki bazasının gücləndirilməsi üçün müvafiq işlər görülüb, o cümlədən Dünya Bankı ilə Azərbaycan Hökumətinin birgə icra etdiyi “Sosial Müdafiənin İnkişafı” layihəsi çərçivəsində həmin strukturlar kompyuter avadanlıqları ilə təmin edilib. Sonra “Əlilliyin müəyyən edilməsi, tibbi-sosial reabilitasiyanın həyata keçirilməsi, protez-ortopedik məmulatların və reabilitasiya vasitələrinin təminatı üçün müraciətin və sənədlərin qəbulu” e-xidmətin ilkin versiyası ilə bağlı rəy və təkliflər bildirilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi