Nazirlik elektron xidmətlərin sayını artırdı

nazirlik-elektron-xidmetlerin-sayini-artirdi
Oxunma sayı: 780


“Qafqazinfo” xəbərinə görə, bu barədə “ICTnews”a VN-in mətbuat xidmətindən məlumat verilib.

 Nazirlikdən bildirilib ki, VN tərəfindən daha 4 yeni xidmətin – “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) onlayn qeydiyyatı", "Vergi ödəyicisinin filialının, nümayəndəliyinin onlayn qeydiyyatı”, “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin onlayn qeydiyyatdan çıxarılması” və "ƏDV məqsədləri üçün qeydiyyatın onlayn ləğv edilməsi" elektron xidmətlərinin göstərilməsinə başlanılması ilə əlaqədar müvafiq inzibati reqlamentlərin layihələri hazırlanaraq, elektron xidmətlər reyestrinin operatoru funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə razılaşdırılıb.  

Nazirlik xatırladır ki, elektron xidmətlərin istifadəçiləri Vergi Məcəlləsi ilə müəyyən edilən qaydada vergi ödəyicisinin eyniləşdirilmə nömrəsi (VÖEN) almış hüquqi və fiziki şəxslərdir.