Nazirlik əlilliyin təyinatını müzakirə edib

nazirlik-elilliyin-teyinatini-muzakire-edib
Oxunma sayı: 692

Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, müşavirədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Səhiyyə Nazirliyinin, habelə bölgə üzrə Tibbi-sosial ekspert komissiyalarının, Əhalinin sosial müdafiəsi mərkəzlərinin, bərpa-müalicə müəssisələrinin, Dövlət Sosial Müdafiə Fondunun yerli şöbələrinin və QHT-lərin nümayəndələri iştirak ediblər.

Tədbirdə bölgədə əlilliyi doğuran faktorların öyrənilməsi, əlilliyin müəyyən edilməsi, ilkin əlilliyin profilaktikası, bu istiqamətdə aparılan kompleks tədbirlərin genişləndirilməsi ilə bağlı müxtəlif dövlət orqanları və ictimai təşkilat nümayəndələri ilə informasiya mübadiləsinin həyata keçirilməsi məsələsi müzakirə edilib, müvafiq təhlillər aparılıb.
Əlilliyin təyinatı və əlillərin reabilitasiyası işlərində şəffaflığın artırılmasını təmin etmək, müayinə olunan şəxslərin reabilitasiya imkanlarını dürüst qiymətləndirmək məqsədinə xidmət edən müşavirədə fiziki məhdudiyyətli şəxslərin reabilitasiya potensialının səviyyə və xarakterinin müəyyən olunmasına təsir edən pozitiv amillərin rolunun gücləndirilməsi, müalicə-profilaktika müəssisələri ilə tibbi-sosial ekspert komissiyalarının fəaliyyətinin əlaqələndirilməsi və qarşılıqlı əməkdaşlığının təmin edilməsi və s. məsələlərinə diqqət yetirilib. Eyni zamanda əlil insanların sosial adaptasiyası və sosial statusunun müəyyən edilməsində fərdi reabilitasiya proqramının əhəmiyyətindən bəhs edilib.

Müşavirə həmçinin, əlil insanların sosial həyata inteqrasiyası, onların cəmiyyətin digər vətəndaşları ilə bərabər imkanlar qazanması, sağlam həyat tərzinin təbliği və əlillik problemləri ilə bağlı effektiv maarifləndirmə tədbiri kimi nəzərdə tutulub.

Nigar Məmmədli