Nazirlik əməkdaşları qan verdi

nazirlik-emekdaslari-qan-verdi
Oxunma sayı: 1490

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində Səhiyyə Nazirliyinin B.Eyvazov adına Hemotologiya Transfiziologiya İnstitutunun və Azərbaycan Talassemiya Federasiyasının təşəbbüsü ilə könüllü qanvermə aksiyası keçirilib. 

"Qafqazinfo" xəbər verir ki, könüllü qanvermə aksiyasına Nazirliyin 200-ə yaxın əməkdaşı qoşulub. Aksiyada həkim hemotoloqlar tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra onlardan qan götürülüb.

Qanvermə aksiyası talassemiyadan əziyyət çəkən uşaqların qanla təminatına yardım məqsədi daşıyır.