Nazirlik “ExxonMobil”i 2 milyon dollar cərimələdi

nazirlik-exxonmobili-2-milyon-dollar-cerimeledi
Oxunma sayı: 641

ABŞ Maliyyə Nazirliyi “ExxonMobil” neft şirkətini Ukraynadakı vəziyyətlə bağlı tətbiq olunan anti-Rusiya sanksiyalarını pozduğuna görə cərimələyib.

“Qafqazinfo”nun “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə nazirliyin bəyanatında bildirilir.

Qeyd olunur ki, cərimə 2 milyon dollar təşkil edir.

Bəyanatda vurğulanır ki, şirkət 2014-cü ilin mayında ABŞ-ın sanksiyalar siyahısında olan “Rosneft”in prezidenti İqor Seçinlə imzaladığı 8 sənədə görə cərimə olunub.

Söhbət həm də “ExxonMobil Development Co.” Və “ExxonMobil Oil Corp.”dan da gedir.