Nazirlik faciəvi qəza ilə bağlı məlumat yaydı

nazirlik-facievi-qeza-ile-bagli-melumat-yaydi
Oxunma sayı: 638

“Qafqazinfo” DİN-nin saytına istinadən xəbər verir ki, fevralın 17-də saat 07.15 radələrində Ucar rayonunun Qaradağlı kəndi ərazisində, Göygöl rayon sakini Elçin Məmmədovun idarə etdiyi “Nissan-Teana”, Bərdə rayon sakini Asif Nuruşovun idarə etdiyi “VAZ-21099”, Daşkəsən rayon sakini Ramin İbrahimovun idarə etdiyi “Shacman” və Ucar rayon sakini Elman Abdullayevin idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşub.

Nəticədə E. Məmmədov və sərnişinləri atası Həsənxan, anası Aygün və həmyerliləri Xəyal Verdiyev hadisə yerində ölüb.