Nazirlik gənclər üçün arxeoloji düşərgələrə start verir

nazirlik-gencler-ucun-arxeoloji-dusergelere-start-verir-
Oxunma sayı: 645

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, düşərgənin təşkil edilməsində əsas məqsəd gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, onlara Azərbaycan tarixi haqqında əyani olaraq geniş məlumatların verilməsidir.
Bununla əlaqədar Nazirlik, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Arxeologiya və Etnoqrafiya İnstitutu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə 22 iyun tarixindən başlayaraq ali təhsil müəssisələrinin tələbələri üçün Qəbələ rayonunda arxeoloji düşərgələrə start verir. Düşərgədə 15-ə yaxın ali təhsil müəssisəsindən 80 nəfər gənc iştirak edəcək.
Düşərgənin sonunda iştirakçılara Gənclər və İdman nazirliyinin sertifikatları veriləcək. Düşərgələr 6 iyul tarixinədək davam edəcək.

22 iyun 2012-ci il tarixdə düşərgədə çalışacaq tələbələr ilə gənclər və idman nazirinin müavini İntiqam Babayevin və Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimovanın iştirakı ilə görüşü keçiriləcək.

Nigar Məmmədli