Nazirlik Gözdən Əlillərə kompyuterlər təqdim edib

nazirlik-gozden-elillere-kompyuterler-teqdim-edib
Oxunma sayı: 639

“Qafqazinfo”nun məlumatına görə, Nazirliklə Heydər Əliyev Fondunun dəstəyi və sifarişi əsasında Azərbaycanın «NeyroTex» şirkəti tərəfindən hazırlanan bu kompüterlər görmə məhdudiyyəti olan insanlar üçün nəzəzrdə tutulub.

Təqdimat mərasimində çıxış edən Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov qeyd edib ki, bu qurğu digərlərindən monitorun və klaviaturanın olmaması və bütün əmrlərin mikrofon vasitəsi ilə verilməsi ilə fərqlənir. Mini-kompyuter səsli əmrlər vasitəsilə, «online» rejimdə xəbər saytlarına daxil olaraq son yeniliklərlə tanış olmaq, elektron poçtadan istifadə etmək, elektron mətnləri səsləndirmək, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə yaradılmış «Elektron göz» portalına (www.e-eye.az) daxil olaraq oradakı bütün informasiyaya qulaq asmaq (xəbərlər, elektron kitabxana, «online» radio və s.) kimi imkanlarla təchiz olunub. Kompyuterdə proqram təminatı və bütün əmrlər Azərbaycan dilindədir.

Qeyd edək ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 100 ədəd mini-kompyuter GSM nömrə və 1 illik açıq internet xətti ilə təmin olunub. Bu ilin sonunadək daha 100 ədəd analoji kompyuter Azərbaycan Gözdən Əlillər Cəmiyyətinə veriləcək.

Nigar Məmmədli