Nazirlik gücləndirilmiş rejimə keçdi

nazirlik-guclendirilmis-rejime-kecdi
Oxunma sayı: 653

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, 31 dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi günü və Yeni illə əlaqədar əhalinin keyfiyyətli və təhlükəsiz ərzaq məhsulları ilə təmin edilməsini, eyni zamanda heyvanlardan (mal-qara, quş, balıq, arı və digərləri), heyvan məşəli məhsullardan insanlara keçə biləcək xəstəliklərin qarşısının alınması məqsədi ilə dekabrın 28-dən 31-dək ölkədə fəaliyyət göstərən bazar və yarmarkalarda qanunvericiliyə uyğun dövlət baytarlıq nəzarətini gücləndirmək məqsədi ilə reydlərin keçirilməsi nəzərdə tutulur.

Bu dövrdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti və onun tabeliyində olan baytarlıq (baytarlıq-sanitariya) fəaliyyətini həyata keçirən bütün təşkilatlar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklər.