Nazirlik hava ilə bağlı açıqlama yaydı

nazirlik-hava-ile-bagli-aciqlama-yaydi
Oxunma sayı: 2630

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti bu günün sonuna Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti ilə bağlı açıqlama yayıb.

“Qafqazinfo” xəbər verir ki, oktyabrın 17-də yarımadada buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə arabir  yağış yağacağı, axşama doğru yağışın tədricən kəsiləcəyi gözlənilir.  Cənub küləyi əsəcək.

Havanın temperaturu  gündüz  18-20, axşam 15 dərəcə isti təşkil edəcək.