Nazirlik heyvanların tələfatına aydınlıq gətirdi

nazirlik-heyvanlarin-telefatina-aydinliq-getirdi
Oxunma sayı: 638

İsmayıllı rayonunun Qubaxəlilli kəndində iribuynuzlu heyvanların kütləvi tələfatı barədə yayılmış məlumatların heç bir əsası yoxdur.

Dövlət Baytarlıq Nəzarəti Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə,iribuynuzlu heyvanların naməlum səbəbdən tələfolması barədə yayılan məlumatlarla bağlı İsmayıllı Rayon Baytarlıq İdarəsinin əməkdaşları Qubaxəlilli kəndində araşdırmalar aparıblar. Araşdırmalar zamanı kənd sakinləri Mirzəyev Əlimöhsümə və Həsənov Namiqə məxsus şəxsi təsərrüfatlarda cəmi 2 baş südəmər buzovun tələf olması müəyyən edilib. Həmçinin araşdırmalar zamanı kəndin digər təsərrüfatlarında iribuynuzlu heyvanların ölməsi qeydə alınmayıb.

Ölmüş buzovlarda aparılan patoloji-anotomik yarma zamanı onların bağırsaqlarında çoxlu sayda askarid qurdlarının olması müəyyən edilib.

Tələf olmuş buzovlar baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilərək ərazi dezinfeksiya edilib. Eləcə də təsərrüfat sahiblərinə müvafiq mütəxəssis məsləhətləri verilib.