Nazirlik kadr potensialını gücləndirir

nazirlik-kadr-potensialini-guclendirir
Oxunma sayı: 648

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, bu sahədə Dövlət Əmək Müfəttişliyi Xidmətinə (DƏMX) yaxından dəstək olan nüfuzlu beynəlxalq təşkilatlar sırasında Beynəlxalq Maliyyə Korporasiyasının xüsusu yeri var. Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlığın daha da genişlənməsinin real ifadəsi olaraq, cari ilin may ayında Korporasiya ilə Dövlət Əmək Müfəttişliyi Xidməti arasında 2012-ci il üçün Fəaliyyət Planı imzalanıb.

Əmək qanunvericiliyinin icrasına dövlət nəzarəti üzrə aparılan yoxlamaların effektivliyinin artırılması məqsədinə xidmət edən Fəaliyyət Planı əmək qanunvericiliyinə əməl olunmasına nəzarət məqsədilə aparılan yoxlamaların planlaşdırılması üçün Riskə Əsaslanan Metodologiyanın işlənib hazırlanması, yoxlamaların Daxili Elektron-Məlumat və İdarəetmə Sisteminin yaradılması, yoxlamaların prosedur qaydalarını, müfəttişlərin hüquq və vəzifələrini və digər məsələləri əks etdirən daxili Təlimatın hazırlanmasını nəzərdə tutur.