Nazirlik: “Kür çayının səviyyəsində mühüm dəyişiklik müşahidə olunmayıb”

nazirlik-kur-cayinin-seviyyesinde-muhum-deyisiklik-musahide-olunmayib
Oxunma sayı: 645

Bu barədə “Qafqazinfo” ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Tranzit çaylara gəlincə, son dörd gün ərzində Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 17 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 125 m3/san, ongünlük normanın 31 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm 4 dəfə çox olmaqla 510 m3/san və ongünlük normanın 126 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində isə son günlərdə suyun səviyyəsində dəyişiklik baş verməyib, lakin iyunun 21-də suyun səviyyəsində 8 sm artım, iyunun 22-də isə 6 sm azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 110 m3/san olmaqla, ongünlük normanın 66 faizini təşkil edir. 2011-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər yüksək olmaqla 178 m3/san təşkil etmiş və ongünlük normanın 107 faizinə bərabər olub.

Kür çayının aşağı axınında son günlərdə suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 392 sm (2011-ci il iyunun 22-də 568 sm), Şirvanda 245 sm (2011-ci il iyunun 22-də 504 sm ), Salyanda 203 sm (2011-ci il iyunun 22-də 530 sm), Bankədə 225 sm (2011-ci il iyunun 22-də 331 sm), Araz çayının Novruzlu məntəqəsində isə 113 sm (2011-ci il iyunun 22-də 325 sm) təşkil edir.

Nigar Məmmədli