Nazirlik kurs keçdi

nazirlik-kurs-kecdi
Oxunma sayı: 702

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, xidmətin xətti ilə hələ 2007-ci ildən etibarən xüsusi olaraq əlillər üçün peşə hazırlığı kursları təşkil olunur və son 5 ildə 268 nəfər əlil həmin kurslara cəlb olunub. Həmin əlillərin bir qismini gözdən əlil olan insanlardır.

Cari ilin birinci rübü ərzində isə daha 20 nəfər əlil üçün ingilis dili üzrə 3 aylıq, 18 nəfər gözdən əlil üçün isə brayl sistemi üzrə təlim aparılmaqla kompüter istifadəçisi peşəsi üzrə 2 aylıq peşə hazırlığı kursu təşkil olunub. Onu da bildirək ki, hazırda Ramana Gənc Əlillərin Əmək və İstirahət evində əsaslı təmir və yenidənqurma işlər aparılmaqla yanaşı, burada yaşayan əlillərin peşə hazırlığını təmin etmək üçün müvafiq şərait də yaradılıb.