Nazirlik meşədə reyd keçirdi

nazirlik-mesede-reyd-kecirdi
Oxunma sayı: 1093

Qanunsuz yolla əldə edilmiş meşə materialının daşınması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan məlumat əsasında Cəlilabad, Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisələri, 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi və Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə operativ reyd keçirilib. 

Nazirlikdən “Qafqazinfo”ya daxil olan xəbərə görə, reyd zamanı Masallı və Cəlilabad rayonları ərazisində Lənkəran rayon Narbağı kənd sakini Rahim Həsənova məxsus “Shacman” markalı 99-JG-435 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində gizlətmək məqsədilə üzəri qumla örtülən, qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar edilib. Saxlanılan yük maşını Cəlilabad rayon Polis Şöbəsinə gətirilib. Meşə materialının Lerik rayonundan gətirilməsi ehtimal olunur və hazırda tədqiqat aparılır: “Mütəmadi olaraq aparılan qabaqlayıcı tədbirlərə baxmayaraq gizli və oğurluq yollarla əldə edilmiş meşə materiallarının daşınması halları baş verir. Bu cür halların qarşısını almaq məqsədilə respublika ərazisində reydlər davam etdirilir”.